ORDUBAD HAQQINDA - 24 Июля 2010 - FOR-US.UCOZ.COM
Четверг, 2016-12-08, 11:00 PM
FOR-US.UCOZ.COM
Welcome Гость | RSS

Menyu
Kateqoriyalar
Məşhurlar [0]
Proqramlar [1]
Musiqi [0]
Şəkillər [2]
Yumor [0]
Maraqlı məlumatlar [11]
İdman [0]
Xəbərlər [1]
Məntiq [0]
Oyunlar [2]
Avto Dünya [2]
Mobil dünya [0]
Din [1]
Saytımızın həyatı [0]
Kiçik çat
200
Sorğu
Sayt necədir?
Всего ответов: 85
Axtarış
Main » 2010 » Июль » 24 » ORDUBAD HAQQINDA
12:58 PM
ORDUBAD HAQQINDA

Mənim doğma yurdum Ordubad

ORDUBAD RAYONU şimalda ve şerqde Ermenistanla, cenubda - İran İslam Respublikası ile hemserheddir. NMR-in şerq hissesinde yerleşir.

İqlimi tezadlıdır - soyuq qış, qızmar yay. Burada zengin fauna və flora, heyretamiz derecede temiz hava, çoxlu derman bitkileri ve meyveler yetişir. Bürünc dövrünün çoxlu tarixi abideleri: daş qoç heykelleri, SABİR kendinde eramızdan önce II-I minilliklərin yaşayış meskeninin qalıqları, AZA kendi yaxınlığında qedim GİLAN şeherinin xarabalıqları, KİLİT, VELAVER, EYLİS, AZA, KOTAM, BİLEV, VENEND kendlerində orta esr tikilileri, qedim ANABAD şeherinin xarabalıqları, ANDEMİC kendi yaxınlığında ŞAHTAXTI bürcü, XIX esr mescidi, DER kendi yaxınlığında XIV yüzil meqberesi, AZA kendi yaxınlığında 1826-cı ilde tikilmiş körpü, DER kendi yaxınlığında XIV yüzil hamamının xarabalıqları ve bir çox tarixi abideler qalır.

Ordubaddan 60 km cenubda GƏMİQAYAda eramızdan önce III-II minilliklere aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, meişet, ov sehnelerini, real ve fantastik heyvanları tesvir eden minlerce şekil var.
ORDUBAD ŞEHERİ - Ordubad rayonunun inzibati merkezidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyüne göre ikinci şeheridir. Şeher XII yüzilden melumdur, deniz seviyyesinden 850 metr yükseklikde yerleşir. Onun qedimliyi, çox sayda tarixi abidelerin mövcudluğu, yeni tikililerin onun xarici simasını demek olar deyişdirmediyi, sakinlerin qorunub-saxlanmış heyat terzi sebebince, Ordubad şeheri dövlet tarix memarlıq qoruğu elan edilmişdir.

 

 Tarixi abideleri: nadir arkalı ön görünüşü olan CÜME MESCİDİ, DİLYAR MESCİDİ, EFQAN BÜRCÜ və XVIII yüzil eyvanı, çoxlu sayda qedim serçeşmeler, dairevi qübbeli örtülü QEYSERİYYE ticaret kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və mescidi ikimertebeli medrese ve bir çox digerleri.
Bu kiçik şeherin ne kimi gözelliye malik olduğunu, qedim çağların tebii etrini nece qoruyub-saxladığını başa düşmekden ötrü Ordubadı görmek lazımdır. Ağlasığmaz derecede neheng, gövdesinin dairesi 8 metr olan qocaman çinarların emele getirdiyi kölgeliklerde adamlar eyleşib telesmeden söhbet edirler, nadir mescidlər, ovdanlar, kehrizler - bütün bunların hamısının öz nadir özellikleri var. Bu, qedim milli heyat terzinin gözelliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şeherdir.


Burada zengin ekspozisiyası olan tarix, diyarşünaslıq muzeyi, teatr, Azerbaycan edebiyyatında tarixi-romantik janrın esasıni qoyan yazıçı Memmed Seid Ordubadinin ev-muzeyi fealiyyet gösterir. Akademik Yusif Memmedeliyevin - Azerbaycan Elmlər Akademiyasının ilk prezidentlerinden birinin, Azerbaycan neft-kimyasının banisi, parlaq yaradıcı şexsiyyetin, elmin teşkilatçısının, fealiyyeti sayesinde Azerbaycanın İkinci Dünya müharibesi zamanı Hitler faşizminin darmadağın edilmesine evezsiz töhfe vermiş bir insanın doğulduğu evde bərpa işleri aparılır.

Category: Maraqlı məlumatlar | Views: 2899 | Added by: S_S_Z | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Sayta giriş
Profilim
Kalendar
«  Июль 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Dost saytlar
  • WwW.For-life.Tk
  • WwW.Emiliyam.clan.su
  • WwW.Montoni.clan.su.
  • Statistika

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Arxiv
    DESİGN BY FOR-LİFE
    Создать бесплатный сайт с uCoz