Суббота, 2024-04-20, 7:04 PM
FOR-US.UCOZ.COM
Welcome Гость | RSS

Menyu
Kateqoriyalar
Məşhurlar [0]
Proqramlar [1]
Musiqi [0]
Şəkillər [2]
Yumor [0]
Maraqlı məlumatlar [11]
İdman [0]
Xəbərlər [1]
Məntiq [0]
Oyunlar [2]
Avto Dünya [2]
Mobil dünya [0]
Din [1]
Saytımızın həyatı [0]
Kiçik çat
200
Sorğu
Sayt necədir?
Всего ответов: 85
Axtarış
Main » 2010 » Июль » 23 » Qiyamət günü və Axirət
2:22 PM
Qiyamət günü və Axirət

Qiyamət günü bütün insanların həqiqəti açıqca görəcəkləri gündür. O gün inkar edən bir insan qarşılaşacağına inanmadığı, ya da həyatı boyunca düşünməkdən qaçdığı axirət həqiqəti ilə qarşı-qarşıya qalacaqdır. Dünyda iman etməmənin nəticələsini öz gözləri ilə görəcək, geri dönüşü istəyəcək, ancaq bu istəyi qəbul edilməyəcəkdir. Həyatı bounca nəfsinə görə hərəkət etdiyi üçün və Allahın rizasını düşünmədiyi üçün sonsuz əzab ilə qarşılaşacaq, bundan böyük peşmançılıq duyacaqdır.
Qiyamət günündə yaşanacaq hadisələr Allahın Quranda bildirdiyi şəkildə «(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və bütün insanlar (qəbirlərindən çıxıb haqq-hesab üçün) hər şeyə qalib olan tək Allahın hüzurunda duracaqlar!.» (İbrahim Surəsi, 48)
Quranda inkarçılar üçün bu çətin gün, «din günü», «hesab və cəza günü», «axirət günü» kimi adlarla adlandırılmaqdadır. Uca Allah insanların hamısını yeni yaradılışla təkrar dirildəcəkdir. O gün inkar edənlər ilə iman edənlərin ayrılacaqları, bölüklər halında əbədi yurdlarına girəcəkləri gündür.

İnsanların hesab üçün toplanmaları
Bu an, iman etməyənlərin ömürləri boyunca qaçdıqları, anlamadan gəldikləri, möminlərin isə hazırlanıb gözlədikləri hesab anıdır. Allah bu günü də, yaratdığı hər şeydə olduğu kimi Öz gücünə və çanına uyğun olaraq yaratmışdır. Hesabın gerçəkləşdirilməsi üçün mələklər səflər halında düzülürlər. O gün, insanlar arasında ədalətlə hökm ediləcək və danışacaq insan sadəcə doğrunu danışa biləcək.
Quranda möminlərin o anda üzlərinin işıl-işıl parladığı və Rəbbimizə sevinclə baxdıqları bildirilmişdir. İnkar edənlər isə utandıqlarından başlarını belə qaldırmadıqları bildirilir. Allah, inkar edənlərin o andakı vəziyyətlərini ayələrdə bu şəkildə göstərir: «O gün neçə-neçə üzlər tutulub qaralacaq. (Sahiblərinin) bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqdır!» (Qiyamət Surəsi, 24-25)
Bu anda dünyada təxminən 6 milyard insan yaşayır. Bu saya indiyədək yaşamış və bundan sonra da yaşayacaq insanların sayını əlavə etsək məhşər (diriliş) günü qəbrlərindən çıxıb toplanacaq insan çoxluğu və bunun yaratdığı müdhiş görünüş haqqında fikirləşə bilərsiniz. İnsanlar bir araya toplanacaq və bir-birlərini, hadisələri, baş verən hər şeyi açıqca görüb anlaya biləcəklər. Çünki o gün, Rəbbimizin Quranda göstərdiyi kimi kəskin bir görüş hakimdir: «(Ona belə deyiləcəkdir): «Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!» (Kaf surəsi, 22)

Hesab Anı
Sonsuz qudrət sahibi olan Allah Quranda, insan yaşamının hər keçən gün bir sona doğru getdiyini belə açıqlamaqdadır: «Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə xoş halına. Pis əməllər etmisənsə vay halına!) » (İnşikak Surəsi, 6)
Xüsusilə insanların həyatı üçün bir dönüş nöqtəsi olacağına inandıqları xüsusi hədisələr vardır. Yaxşı bir universitetə girmək, diplom almaq, yaxşı bir iş sahibi olmaq və s. kimi... Bu və buna bənzər planları olan insanlar, hədəflərinə çatacaqları ana qədər gün sayıb, bir çox hazırlığı o anı hədəfləyərək edərlər. Bu insanların yaşayışlarında sadəcə o hədəf vardır və sadəcə bu hədəf istiqamətində yaşadıqlarını söyləməkdən də çəkinməzlər. Bunlar təbii istəklərdir, ancaq insanların yaradılış məqsədi Allaha qulluq etməkdir. Bu da sadəcə Quran əxlaqını yaşamaqla yerinə yetirilə bilər. İnsan necə ki, yuxarıda saydığımız hədəflər uğrunda durmadan çalışırsa, yaradılış məqsədinə uyğun olaraq hərəkət etməli və sonsuza qədər qalacağı axirət həyatı üçün də güclü cəhd göstərməlidir. Ancaq bu cəhdi dünya həyatında çatacağı bir hədəfi ilə sərhədləmək heç ağıllı bir düşüncə olmayacaqdır. Çünki dünya həyatında düşündüyü hədəflərin sonunda əldə etdiyi hər növ qazanc onunla birlikdə bir gün mütləq bitəcəkdir.
Ayrıca əldə edilən mənfəətlər nə qədər yüksək olursa olsun, keçən hər gün bizi o məhşər gününə bir az daha yaxınlaşdırmaqdadır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən dirilişə və hesaba doğru atılmış yeni bir addımdır. Bu irəliləyişi durdurmanın, ya da geri çevirmənin yolu yoxdur və bütün insanlar bu yolu izləyəcəklər.

Eşitmə, Görmə Hissləri və Dəriləri Şahidlik Edər
O gün günahkarların etdikləri pis əməllərə şahid olanlar da orada hazır olacaqlar. Möminlər, yazıcı mələklər və Allahın gətirdiyi şahidlərlə yanaşı, inkarçıların əleyhinə şahidlik edənlərin arasında heç gözləmədikləri şahidləri də vardır. Bunlar, insanın özünü yalnız, tək saydığı vaxtda belə Allahın onu gördüyünə sübut olan dəqiq dəlilləridir. İnkarçıların əleyhinə şahidlik edənlərin arasında, öz eşitmə, görmə duyğuları və dəriləri də vardır. Hər biri Allahın izniylə danışır və nöqsansız olaraq söyləməsi lazım olanları, şahid olduqlarını bildirirlər. Bunu Uca Allah Quranda belə bildirmişdir: «Onlar öz dərilərinə : «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılacaqsınız. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirdiniz.»» (Fussilət Surəsi 21-22)

İnsanlar Tək sorğuya çəkiləcəklər
Bu günün bir başqa xüsusiyyəti də, insanların hesaba tək çəkilmələridir. Həm dünyada, həm də axirətdə yaxınlarından yardım görəcəyini umanlar hesab günü onlardan uzaqlaşacaq və tək başlarına hesab verəcəklər. Rəbbimiz, Quranda belə xəbər vermişdir: «Onların hamısı Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.» (Məryəm Surəsi, 95)
Hesab anı insanlar üçün çətin bir gündür. Çünki yalnız qalmaq çox insanın – xüsusilə çətin anlarında ən çox çəkindiyi duyğulardan biridir. Tək başına buraxılmaq, dünyada belə insanlar üçün ən böyük əzablardan biridir. Elə isə axirət günü təkcə yalnızlıq olmayacaq. O gün heç bir inkarçının yanında güvənə biləcəyi, yardım ala biləcəyi heç kimsə olmayacaq. «Sur çalındığı gün artıq aralarında nə qohumluq əlaqəsi olar, nə də onlar bir-birindən soruşub hal əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).» (Muminun Surəsi, 101)

Əməl dəftərlərinin verilməsi
İnsanın dünya həyatı boyunca etdiyi hər şey, özünün görmədiyi, ancaq Uca Allahın Qurandakı ifadəsi ilə sağ və sol tərəfində olan mələklər tərəfindən yazılır. Hesab anı üçün hazırlanan dəftərlər din günündə insanlara verilir. İnsan etdiklərinin heç birini rədd edə bilməz, çünki yaşadığı hər an əməl dəftərinə yazılmışdır. Hər kəs öz dəftərindən, axirət üçün nələr hazırladığını öyrəə bilər. Rəbbimizin kimsəni zərrə qədər haqsızlığa düçar etmədiyi və bir xurma dənəsi qədər əməlin belə hesaba qatıldığı bu anda, möminlərlə kafirlərin davranışları çox fərqlidir. Möminlər böyük sevinc içində dəftərlərini alıb, oxumaları üçün yanlarında olanlara uzadarlar.
Möminlərin bu sevincləri ilə bərabər iman etməyənlər alçaldıcı bir utanc və qorxu içindədirlər. Dəftərləri sol əllərinə verilər. Ən kiçiyindən ən böyüyünə qədər heç bir ək********* buraxılmadan mələklər tərəfindən yazılan bu dəftər, Allahın hədlərini qorumayan və Onun razılığını qazanmayan əməllərlə doludur.

Cəhənnəmin göstərilişi
Bütün həyatın sorğu-suala çəkiləcəyi bu gündə, hər kəs dünyada etdiklərin hesabını verir. Cəhənnəmə girəcəyini anlayanlar, qısa bir ömrü sonsuz bir həyata dəyişmənin verdiyi daxili əzabı yaşayarlar. Onlar özlərinə əzabın toxunmayacağını, qiyamət gününün gerçəkləşməyəcəyini və Allahın onları cəzalandırmayacağını zənn edərək rahat bir həyat yaşayarkən, Allah onları görmüş və heç ummadıqları bir anda yaxalamışdır. Artıq hər şey bitmiş və hər kəsin gedəcəyi yer bəlli olmuşdur. Ancaq insanlar bir-birlərindən o saat ayrılmazlar. Möminlər cənnətə girmədən öncə onlara da kafirlərlə birlikdə cəhənnəm göstərilir. O gün mömin və ya kafir büütün insanlar cəhənnəmin ətrafında diz çokəcəklər. Hər kəs cəhənnəmin qorxulu uğultusuna və içindəki tük ürpədici görüntülərə şahid olacaqlar. Ancaq möminlər burada qalmayıb cənnətə gedəcək, iman etməyənlər isə əbədi olaraq qalacaqları cəhənnəmə girəcəklər.
Əlbəttə sonsuz mərhəmət sahibi Allahın möminlərə cəhənnəmi göstərməsinin bir çox hikməti var. Cəhənnəmin vəziyyətini yaxından görən möminlər, Allahın onlara verdiyi imanın nə qədər böyük bir nemət və müjdə olduğunu daha çox dərindən qavrayarlar. Çünki şahid olduqları cəhənnəm o qədər dəhşətvericidir ki, o, əzabdan qurtulmuş olan insan üçün tərifsiz bir şükrə vəsilə olacaqdır. Möminlər cəhhənmi görməklə qiyas etmə (fərqləndirmə) imkanına sahib olurlar. Beləliklə içində insana veriləcək ən gözəl nemətləri olan, əbədi qalacaqları cənnətin dəyərini daha yaxşı anlarlar. Uca Allah Quranda diriliş vaxtını, qiyamət günü hesabın bitib sonsuzluğun başlamasını bu şəkildə bildirmişdir: «Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcək), onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!» (Zumər Surəsi, 69)
İman edənlər isə onlara sonsuz nemətlərin verildiyi cənnətə götürüləcəklər. «Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cənnət gözətçiləri (onlara) : «Salam aleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!»-deyəcəklər. Onlar isə : «Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!»-deyəcəklər.» (Zumər 73-74)
Dünya həyatının sona çatması ilə başlayan qiyamət günü, insanların sual-cavab etməsi ilə davam edəcək, hər kəsin etdiyinin tam qarşılığı olan yerə götürülməsi ilə bitmiş olacaqdır. Qiyamət günün ardından Rəbbimizin insanlara vəd etdiyi, sonsuz axirət həyatı başlayacaqdır.

Category: Din | Views: 965 | Added by: S_S_Z | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Sayta giriş
Profilim
Kalendar
«  Июль 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Dost saytlar
  • WwW.For-life.Tk
  • WwW.Emiliyam.clan.su
  • WwW.Montoni.clan.su.
  • Statistika

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Arxiv
    DESİGN BY FOR-LİFE
    Создать бесплатный сайт с uCoz