2010-cu ilə aid proqnozlar...
Qoç bürcü
Ünsürü - od
Planeti - Mars,Günəş
Simvolları - qoyun,maral,qızılı-sarı və
yaşıl kvadratları
Düşərli günü - çərşənbə axşamı,bazar
Düşərsiz günü - cümə,şənbə
Uğurlu rəngi - tünd-qırmızı,narıcı,mavi
boz
Uğursuz rəngi - bənövşəyi
Uğurlu daşı -
brilyant,rubin,ametist,akvamarin,zümrüd
Metalı - dəmir,polad
Enerji verən çiçəyi - yasəmən,noxud çiçəyi
Uğurlu rəqəmi - 4,7,9
Müxalif bürcü - Tərəzi
Talismanı - çəkic
Şanslı ölkələri -
İngiltərə,Almaniya,Danimarka,Suriya,İtaliya,Kiçik Asiya
-İxtiyarınızda olan yeni ilin bu ilk ayının ümumi mənzərəsi təəssüf
ki,gərginliklə müşahidə olunacaq.Qətiyyən məsləhətsiz iş
görməməli,riskli addımlar atmamalısınız.Nəzərə alsaq ki,Pələng ilinin
iki aparıcı bürcündən biri sizsiniz.Deməli,hamıdan fəal olmalı,ötən dörd
ildə gerçəkləşməyən planlarınızı aktiv müstəviyə
keçirmməlisiniz.Sevdiklərinizlə kobud davranmayın.Heç kimlə prinsipə
girməyin.Səfərlərinizi bir az azaldın.Səhhətinizə dəqiq fikir
verin.Riskləriniz çox ola bilər.Real addımlara uyğunlaşın.Uğurlarınızla
əlaqədar işləriniz arta bilər.Aman yaxşılıq etməkdən qalmayın!Sevgi
münasibətlərinə həssas yanaşın.Hamıya yalançı kimi baxmayın.Ağlınızın
deyil,ürəyinizin səsinə dinləyin.İşgüzarlıqda konkret olun.Göy
qübbəsində sizin bürc hakim olacaq və ətrafınızda cərəyan edən hadisələr
zövqünüzlə uyğunluq təşkil edəcək.Ən uğurlu ayınız maydır.Məhz bu ayda
məhəbbət sizin xilas amilinizə çevriləcək.Əgər ilin sonuna kimi ədalətli
addımlar atsanız nətisə bütünlüklə xeyrinizə olacaq.Sevdikləriniz
yaxından münasibətdə olun.Bu il ərzində intiqam hissindən əl
çəkin,səbrli olun
Buğa bürcü
Ünsürü - torpaq
Planeti - Venera,Ay
Simvolları - İnək və qanadlı öküz
Düşərli
günü - Bazar ertəsi,cümə
Düşərsiz günü - çərşənbə axşamı
Uğurlu rəng - sarı,tünd-narıncı,açıq mavi
Uğursuz rəngi - qırmızı
Uğurlu daşı - sapfir,əqiq,opal,zümrüd
Metalı - Mis
Enerji
verən çiçəyi - şaftalı çiçəyi
Uğurlu rəqəmi - 2,4,16
Müxalif
bürcü - Əqrəb
Talismanı - yapalaq,qızıl öküz
Şanslı ölkələri -
Azərbaycan,İrlandiya,Rusiya,Polşa,İraq,İran,Əfqanıstan,Avstraliya,İsveçrə
-İlin ilk ayında sizə sevinc dolu günlər bəxş
olunacaq.Unutmayın ki,bu il Buğa bürclərinin heç birində məhəbbət oxu
daşa dəyməyəcək.Risklərdən uzaq olun.Hər hansı bir yeni işə qoşulmaq
sizin üçün məqsədə uyğun olacaq.Sağlamlığınıza fikir verməlisiniz.Çətin
məqamlarınızın sürətlə ötüb keçməsini istəyirsinizsə,doğmalarınızdan
məsləhət almağı unutmayın.İlin orta aylarında yalanlardan uzaq
olun.Sizin ailə-sevgi münasibətlərinə önəm verməniz vacicbdir.Hər
fürsətdən layiqincə yararlana bilsəniz,həyatınızda uzunmüddətli sabitlik
yaranacaq.Qapalı vəziyyətdən uzaqlaşın.Ramazan ayında namaz qılıb oruc
tutsanız,bu gözəl ayda daha çox pay götürəcəksiniz.Planlarınızda yüz
ölçüb,bir biçin.
Əkizlər bürcü
Ünsürü - hava
Planeti - Merkuri
Simvolları - qoşa adam,maska,əl,ulduz
Düşərli günü - çərşənbə,bazar
Düşərsiz günü - cümə axşamı
Uğurlu rəngi - bənüvşəyi,boz açıq-sarı,narıncı
Uğursuz rəngi -
yaşıl
Uğurlu daşı - əqiq,dağ kristalı
Metalı - qızıl,gümüş
Enerji verən çiçəyi - marqarita,lalə,jasmin,nərgiz
Uğurlu rəqəmi -
3,5,12,18
Müxalif bürcü - Oxatan
Talismanı - ilan,maska
Şanslı ölkələri - İngiltərə,Ermənistan,Kanada,ABŞ,Misir,Belçika
-Ola bilsin ki,ilin ilk aylarında gərginlik yaşayacaqsınız.Amma buna
baxmayaraq siz bunun da öhdəsindən gələcəksiniz.Ürəyinizdə olan sevgi
bütün buzları əridəcək.Ola bilsin ki,qısamüddətli səfərləriniz
olsun.Konkret işlərdən uzaq olsanız yaxşı olar.Sizə aidiyyatı olmayan
işlərə müdaxilə etməyin,əks təqdirdə mənfi nəticələnə bilər.İnsanların
sizin haqqınızda dediyi sözlərə fikir verməyin,əsəblərinizi
qoruyun.Bütün işlərinizi ümumiləşdirin ki,axırda gülən özünüz
olasınız.Uzunmüddətli səfəriniz olsa,onu təxirə salın.İlin orta ayı
sizin üçün uğurlu olacaq,məhz orta aylardan sonra səfərə çıxmaq
olar.Özünüzü mütləq gərgin situasiyalardan qorumağa çalışın.Tənha
olmaqdan uzaqlaşın.Oxatan bürcünün himayəsi altında keçən günlər sizin
üçün uğurlu ərəfədir.Deməli,planlarınızın tam gerçəkləşdirməyin
zamanıdır.Yeri gəlmişkən ailənizdən qayğınızı əskik etməyin.
Xərçəng bürcü
Ünsürü - su
Planeti - ay
Simvolları -
xərçəng,ürək
Düşərli günü - bazar ertəsi,cümə axşamı
Düşərsiz
günü - çərşənbə axşamı,şənbə
Uğurlu rəngi - ağ,açıq-mavi
Uğursuz rəngi - boz
Uğurlu daşı - rubin,zümrüd,Ay daşı
Metalı -
gümüş
Enerji verən çiçəyi - jasmin,bütün ağ çiçəklər
Uğurlu
rəqəmi - 4,5,8
Müxalif bürcü - Oğlaq
Talismanı - Ürək
Şanslı ölkələri -
Türkiyə,Şotlandiya,Prussiya,Hollandiya,Suriya,Afrika,Avstraliya,Sakit
okean adaları
-Məsləhətimiz ilin ilk ayında işlərinizə dərindən
fikir verin.Adi səhv addım bütün işlərinizi alt-üst edə bilər.Bütün
enerjinizi sevgidən almaq vaxtıdır.Bütün fiziki işinizi çalışın ki,tez
yekunlaşdırasız.Çətin vaxtlarınız olsa,yalnız etibar etdiyiniz insanlara
müraciət edin.Əgər dostlarınız arasında soyuqluq yaranarsa,siz sadəcə
mülayim davranın.İlin orta aylarında risklərdən uzaqlaşın.Pəhriz
saxlamaqdan və yuxu rejiminə diqqət yetirməkdən qaçmayın.Hər şeyin
qaydasında getməyini istəyirsinizsə,Bəxtinizdən heçvaxt
şikayətlənməyin.Bütün gücünüzü buraxdığınız səhvlərin aradan
qaldırılmasına sərf edin.Bəzi dostlarınızı sınaqdan keçirməyi
unutmayın,bu sizin üçün vacibdir.Sevdiyiniz insanların əhatəsində olmağa
çalışın.Dedi-qoduya qulaq asmayın.Bəzi mövzularda qərarı tək başına
versəniz işiniz uğurlu olacaq.Tez-tez ziyarətgahlara baş çəkməyiniz də
məsləhət görülür.
Şir bürcü
Ünsürü - od
Planeti -
Günəş
Simvolları - şir,sona
Düşərli günü - bazar
Düşərsiz
günü - şənbə
Uğurlu rəngi - qızılı,narıncı,al,qara
Uğursuz
rəngi - ağ
Uğurlu daşı - yantar,topaz,rubin,oniks,brilyant
Metalı - qızıl
Enerji verən çiçəyi - xrizantema,pion
Uğurlu
rəqəmi - 1,5,9,11
Müxalif bürcü - Sutökən
Talismanı - taclı
inək,şir,qartal
Şanslı ölkələri - Fransa,Fransız
Afrikası,İtaliya,Çexiya,Slovakiya,Antarktida,Arktika,Siciliya
-Bu səfər ulduzların sizə məsləhətləri vaxtınızı boş yerə
itirməməyinizdir.Qalmaqallarda mümkünsə uzaq durun.İlin ilk aylarını
kifayət qədər maraqlı yaşayacaqsınız.Sizin üçün yenilik gələcəyə nikbin
baxbağınıza səbəb olacaq.Nə qədər çox səfərə çıxsanız sizin üçün yaxşı
olar.İlin orta ayları sizin üçün şanslı olacaq.Büdcənizə diqqətlə fikir
verin.Qərarlarınızda məsuliyyətli vəqərəzsiz olun.Ümumiyyətlə risklərdən
heç danışmaq olmaz,əleyhinizə çevrilə bilər.Əgər vaxtınızı bütünlükdə
ailə-sevgi münasibətlərinə həsr etsəniz,uduzmazsınız.Bütün
ixtiyarlarınız öz əlinizdə olacaq.Ulduzlar sizi ilin ikinci yarısında
xeyli yorulacağınızı bəyan edir.Amma buna baxmayaraq siz gördüyünüz
işlərdən zövq almağı bacarırsınız.İlin sonunda mümkünsə daha çox
istirahət edin.Heç bir işdə tələsməyin!
Qız bürcü
Ünsürü
- torpaq
Planeti - Merkuri
Simvolları - mələk kub
Düşərli günü - çərşənbə
Düşərsiz günü - cümə axşamı,cümə
Uğurlu rəngi - ağ,narıncı,mavi
Uğursuz rəngi - göy
Uğurlu daşı
- sarı sapfir,aqat,malaxit,mərmər,topaz
Metalı - qalay,mis
Enerji verən çiçəyi - lalə,astra
Uğurlu rəqəmi - 3,5,6,12,20
Müxalif bürcü - Balıqlar
Talismanı - dəmirçi
Şanslı ölkələri -
Yunanıstan,Fələstin,Rusiya
-Məsləhətimiz riskli
sövdələşmələrdən tam bələd olmadığınız işlərdən uzaq durmalısınız,yoxsa
uğursuzluğa düçar ola bilərsiniz.Səhhətinizə diqqətli fikir verməyinizi
də vurğulayırıq.İlin ilk aylarında şanslı ola bilərsiniz,hər bir mümkün
variantdan yararlanın.İşlərinizin boş yerə getməyini
istəmirsinizsə,vaxtınızı fəaliyyət prinsiplərinə,adi işlərin
həllinəyönəldin.Hər addımda reallığı nəzərə alın.İnsanlarla
münasibətinizi kəsməyin,çalışın ki,dost-tanışla hər bir davranışda təbii
olun.Ailə-sevgi münasibətlərindəki passivliyi aradan qaldırmağa
çalışın,axı 2010 il sizin sevgi ilinizdir.Qərarlarınızda qəti
olsanız,bəxtiniz daha çox gətirəcək.Ünsiyyətdə olduğunuz bütün
insanlarla davranışlarınızı səmimilik üzərinə qurun.İnsanlarla elə
ehtiyyatlı davranın ki,iştirakçı olduğunuz hadisələr sizin üçün mənfi
istiqamətə yönəlməsin.Pulla bağlı ciddi problemləriniz gözlənilir.,bu
problemlə indidən məşğul olsanız daha yaxşı olar.Sürprizlər yolunuzu
gözləyir,bir yerdə durmayın.səblərinizi qoruyun.İlin ikinci yarısında
ixtiyarınızda olan bu vaxtdan zövq almaq istəyirsinizsə,oturaq işləri
məhdudlaşdırmalı,dini tövsiyyələrə riayət etməlisiniz.Güzəştə getməyi
bacarın.Cəsarətsizliyinizdən uzaq olun.
Tərəzibürcü
Ünsürü - hava
Planeti - Venera,Saturn
Simvolları -
tərəzi,kitab
Düşərli günü - cümə axşamı,şənbə
Düşərsiz günü -
çərşənbə,bazar
Uğurlu rəngi - tünd-mavi,göy,ağımtıl
Uğursuz
rəngi - qara
Uğurlu daşı - opal,almaz,sapfir,xrustal,mirvari
Metalı - bürünc
Enerji verən çiçəyi - bənövşə,qızıl gül
Uğurlu
rəqəmi - 2,6,7,8,9,15
Müxalif bürcü - Qoç
Talismanı -
ürək,kitab
Şanslı ölkələri -
Avstriya,Qafqaz,Çin,Yaponiya,Tailand,Rusiyanın Sibir hissəsi
-İlin ilk aylarında problemləriniz olmayacaq,pulu nəzərə almasaq.Adi
işləriniz qaydasına düşəcək.Nəzərə alın ki,təkan verici qüvvəniz
məhəbbət olacaq.Əmin olmadığınız məsələ barədə vəd verməyin.Həyatınızda
olan hadisələrin gedişatı gah mənfi,gah da müsbət istiqamətə yönələ
bilər.Bütün vəziyyətləri nəzarətdə saxlamağa çalışın.Özünüz özünüzə
bədbinlik yaratmayın.Real dünya barədə düşünün.Göy qübbəsi
ziyarətgaglara baş çəkmənizi tövsiyə edir.Əgər təmkinli olsanız,bütün
işləriniz müsbət nəticələnə bilər.Bir müddət gərginlik
yaşayacaqsınız.Ələlxüsus da işlə bağlı mübahisələrə son qoyun.Hər kəsə
özünüzü sübut edin,ədalətli şəkildə.Buğa ilə sizin bürcü Venera idarə
edir.Yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.İlin orta
aylarında Əjdaha,Siçovul,Meymun,xoruz və Keçi illərində doğulan
Tərəziləri işsizlik gözləyə bilər,həmin vaxtıi stirahətə ayırın.Məhəbbət
və pul.Göy qübbəsi məhz bu iki sahədə uğurlar bəxş edəcək.Düşünülməmiş
risklərdən uzaq olun.Əks cinslərlə münasibətdə məsafəli olmağa çalışın.
Əqrəb bürcü
Ünsürü - su
Planeti - Mars,Pluton
Simvolları - əqrəb,qartal,ölüm işarəsi,piramida
Düşərli günü -
çərşənbə axşamı
Düşərsiz günü - bazar ertəsi,cümə
Uğurlu rəngi
- sarı,tünd qırmızı,al,moruğu
Uğursuz rəngi - boz
Uğurlu daşı
- akvamarin,rubin,Ay bülluru,topaz
Metalı - dəmir,polad
Enerji verən çiçəyi - qərənfil,pion,xirozentema
Uğurlu rəqəmi -
4,5,8,9,10
Müxalif bürcü - Buğa
Talismanı - əqrəb,ölüm işarəsi
Şanslı ölkələri - Almaniyanın Bavariya və Saksoniya
hissəsi,Norveç,Əlcəzair,İsveç,Mərakeş,Seylon
-Davranışlarınıza bir
az fikir verin.Heç kimə yalançı vədlər verməyin.Səfərinizin müddətini
azaldın,savab işlərinizi artırın.Hər an sıxıntılıq çəkə
bilərsiniz,qorxmayın,bu imtahandır.İmanınızı kamilləşdirin.Vəzifəniz
ünsiyyətdə olduğunuz insanlara qarşı səmimiliyinizdir.Cüzi
səmimiyyətsizlik ücbatından çox şeydən məhrum ola bilərsiniz.Ciddi
məsələlərə baş qoşmayın.Özünüzü təmkinli aparmağı bacarın.Ağıllı riskdən
qorxmayın.Alqı-satqı işlərinizlə məşğul olmaq üçün ilin orta ayı
uğurludur.Fiziki cəhətdən yorğun olsanız ulduzlar taleyinizə bəxş etdiyi
olaylardan razı qalacaqsınız.Əldən düşməmək üçün müqəddəs yerlərimizi
ziyarət edin.Özünüzü məhəbbətə həsr edin,ulduzların düzümü son vaxtlar
sevdiyinizə qarşı soyuqluq etməyinizdən şikayətçidir.Ola bilsin ki,ilin
sonunda uğurlarınız azalsın.Qeybət və yalandan uzaq durun.Reallığa
obyektiv qiymət verməyə çalışın.sevdiklərinizlə mülayim olsanız bütün
işləriniz yolunda olacaq.
Oxatan bürcü
Ünsürü - od
Planeti - Yupiter
Simvolları - kentavr,ulduz,yuxarı qaldırılmış
barmaq
Düşərli günü - cümə axşamı
Düşərsiz günü - çərşənbə
Uğurlu rəngi - göy,narıncı,mavi
Uğursuz rəngi - bənövşəyi
Uğurlu daşı - topaz,ametist,opal,sapfir,zümrüd,aqat
Metalı - sink
Enerji verən çiçəyi - qərənfil,nərgiz,palma
Uğurlu rəqəmi - 3,4,9
Müxalif bürcü - Əkizlər
Talismanı - nal,salamandra
Şanslı
ölkələri - Portuqaliya,Macarıstan,Yuqoslaviya,İspaniya,Latın
Amerikası(Meka və Braziliyadan başqa),Ərəb ölkələri
-İlin ilk
ayları sizin üçün düşərli olacaq.Sizdən yaşca kiçiklərlə mübahisə
etməyin.Savab işlərinizi artırın.Meherrem aylarında ziyarətgahlara baş
çəkməyi unutmayın.Əsəblərinizin gərgin olduğundan ulduzlar sizə
ehtiyyatlı davranmağı məsləhər görür.Xeyallarınız sizi reallıqdan
uzaqlaşdırmaqdadır.Özünüzü aldatmayın.Ailə-sevgi münasibətlərini arxa
plana atmayın.Düşünülməmiş risklərə getməyin.İlin orta aylarında
gözləmədiyiniz insanlarda mərhəmət görəcəksiniz,odu ki,problemlərinizi
danışmaqdan çəkinməyin.Hər zaman hər şeyə tedbirli davranın.Ürəyinizə
yaxın,etibarlı insanların,sədaqətli dostlarınızın qədrini
bilin.Səhhətinizə diqqət yetirin.Sizdə müəyyən gərginliklər müşahidə
olunacaq.Cəhdləriniz boşa çıxa bilər,bu səbəbdən riskli işlərinizi
təxirə salın.İlin sonunda Sevindirici xəbərlər,maraqlı məclislər,yeni iş
təklifləri,xeyirli hadisələr yolunuzu gözləyir.Qarşılıqlı anlaşma sizin
üçün vacib şərtdir.Sizin ürəyinizə yaxın olan insanlara qarşı mülayim
ünsiyyəti qoruyun.
Oğlaq bürcü
Ünsürü - torpaq
Planeti - Satur
Simvolları - keçi,nərdivan,qüllə saatı
Düşərli
günü - çərşənbə axşamı,şənbə
Düşərsiz günü - bazar ertəsi,cümə
axşamı
Uğurlu rəngi - tünd-yaşıl,qara göy,tutqun sarı,boz
Uğursuz rəngi - ağ
Uğurlu daşı - rubin,oniks,Ay daşı
Metalı -
dəmir
Enerji verən çiçəyi - ağ qərənfil,qara lalə
Uğurlu
rəqəmi - 3,5,7,8
Müxalif bürcü - Xərçəng
Talismanı - qara
pişik,iblis
Şanslı ölkələri - Hindistan,Birma,Meka
-Fikrinizdə qətiyyətli olun.İlin ilk ayını nəzərə alınki,sizin bürcünüz
hakim edəcək.Heç kimin yanında özünüzü lovğalandırmayın.Maliyə sahəsinda
sürprizlərlə qarşılasacaqsınız.Ulduzlar baş ağrılarının qarşısını
almağa məsləhət görür.Məhəbbət məsələlərinə geniş vaxt ayırsanız,daha
böyük uğurlar görəcəksiniz.Təmkininizi qoruyun.Ötən ildən yarımçıq
qalmış bəzi planlarınızı yekunlaşdırın.İstirahət günlərinizi həsrətində
olduğunuz adamlarla keçirin.Bədxərclikdən uzaq olun.İş yerlərinizdə
passivlik göstərsəniz ,bu sizin zərərinizə ola bilər.Ağır fiziki işlərə
ara verin,çünki iş yerində xəsarət alacağınız gözlənilir.Sizə qarşı
soyuqluq olarsa,bunu müvəqqəti hal kimi hesab edin.İlin orta ayları hər
mənada düşərlidir.Pis düşüncələrə qapılmasanız,sizi çoxlu sürprizlər
gözləyir.İnsanlarla dil tapmağı çalışın.Nəzərinizə çatdıraq ki,Pələng
ili sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda
qalacaq.Vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr
edin.Dardüşüncəli insanlarla əhəmiyyətsiz davranın.Görəcəyiniz işi
konkretləşdirin.Soyuq və duzlu qidalardan,spirtli içkilərdən uzaq durun.
Sutökən bürcü
Ünsürü - hava
Planeti - Uran
Simvolları - sutökən,gümüş əllər,qanadlar,uçan quş vəya təyyarə, müdrik
Düşərli günü - çərşənbə,şənbə
Düşərsiz günü - bazar
Uğurlu
rəngi - göy-yaşıl,bənövşəyi,lil,boz
Uğursuz rəngi - qara
Uğurlu daşı - sirkon,parıldayan sapfir,amelist,opal
Metalı - qalay
Enerji verən çiçəyi - yasəmən,nərgiz
uğurlu rəqəmi - 2,4,8,9
Müxalif bürcü - Şir
Talismanı - açar,ikona
Şanslı ölkələri -
Rusiya,İtaliya,Danimarka,Kanada
-Ötən il mövcud olan
Gərginliklərə davam gətirdiyinizi görən ulduzlara ilin ilk aylarından
etibarən sizə xoş məqamlar bəxş edəcək.İnsanlarla münasibətin tarazlığı
pozula bilər,o,zaman çılğınlıqdan uzaq olun.Həyatınızda olan
yenilik,gələcəyə nikbin baxmağınıza səbəb olacaq.Uzaq yerdə yaşayan
doğmalarınızla mümkün qədərəlaqə saxlayın.Müəyyən irəliləyişlərə nail
olacaqsınız.Rastlaşdığınız hər bir situasiyada yalnız ürəyinizin hökmü
ilə hərəkət edin.İlin orta ayının əsas vaxtınızı sevgiyə həsr edin,çünki
bu ərəfədə ən böyük rahatlığı məhz bu müstəvidə tapacaqsınız.Hər bir
işdə özünüzü yoxlayın,nəyin düz,nəyin səhv olduğunu gözünüz önünə
gətirin.İl boyu ovqatınız yüksək olacaq,əgər mübahisə və problemləri
nəzərə almasaq.Risklər sizə böyük əziyyətlər verə bilər.İnanırıq
ki,daxilən pak olduğunuz üçün təklükələrə getməyəcəksiniz.Bayramlarınızı
evdə,ailənizlə bilikdə keçirməyə çalışın.
Balıqlar bürcü
Ünsürü - su
Planeti - Yupiter,Neptun
Simvolları - iki
müxtəlif istiqamətə üzən balıq,ilğım
Düşərli günü - bazar
ertəsi,sümə axşamı,cümə
Düşərsiz günü - çərşənbə
Uğurlu rəngi -
bənövşəyi,göy,lil
Uğursuz rəngi - qırmızı
Uğurlu daşı -
mirvari,sapfir,ametist,zümrüd
Metalı - sink
Enerji verən
çiçəyi - yasəmən,nərgiz
Uğurlu rəqəmi - 6,7,11
Müxalif bürcü -
Qız
Talismanı - düyün,nərgiz
Şanslı ölkələri - Kiçik
Asiya,İtaliya,Rusiya