Main » 2010 » Июль » 16 » Azərbaycana buraxılmayan avtomobillərin siyahısı açıqlandı
10:34 AM
Azərbaycana buraxılmayan avtomobillərin siyahısı açıqlandı
Ötən gündən
Azərbaycanda Avro-2 standartlarının tətbiqinə başlanıb.
Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə
müdiri Sabiq Abdullayev bildirib ki,artıq ölkə ərazisinə
buraxılacaq avtomobillərin siyahısı da dəqiqləşib.
Normativ
sənədlərə əsasən buraxılış ili 2006-cı ildən köhnə olan Rusiya maşınları
ölkə ərazisinə buraxılmayacaq. Bu müddət Avropa avtomobilləri üçün isə
1997-ci il müəyyən edilib. Şöbə müdiri deyir ki, illər istehsalçı
ölkələrin Avro-2 standartlarına keçidi ilə bağlıdır. Belə ki, Avropa
Birliyində Avro-2 standartlarına 1997-ci, Rusiyada isə 2006-cı ildən
keçilib. Sabiq Abdullaeyvin sözlərinə görə, ölkənin neft ayrıma
zavodlarında istehsal olunan benzin və dizel yanacağı da yeni
standartlara uyğundur.
Dövlət Gömrük
Komitəsindən verilən məlumata görə, artıq yeni qaydaların tətbiqinə
başlanılıb.